Azərbaycana 25 kilodan artıq gümüşün qanunsuz gətirilməsinin qarşısı alınıb

Xəbərlər

11.09.2024 - 17:35

cedabet dərman SEO Xidməti

77 ədəd kütlədən ibarət 25 kiloqram 56 qram gümüş aşkar edilib

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən 25 kiloqramdan artıq gümüşün qanunsuz yolla gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən AYNA-ya bildirilib ki, Bakı-İstanbul aviareysi ilə gedən Azərbaycan Respublikası vətəndaşının baqaj yüklərinə rentgen qurğusunda keçirilən baxış zamanı şübhəli təsvirlər müşahidə olunub.

2 ədəd baqaj yüklərində aparılan yoxlama zamanı ümumilikdə 77 ədəd kütlədən ibarət 25 kiloqram 56 qram gümüş aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş