Azərbaycan XİN Pakistana başsağlığı verib

Xəbərlər

30.01.2023 - 19:26

XİN: "Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk"

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistana başsağlığı verib.

AYNA xəbər verir ki, bu barədə XİN "Twitter"də paylaşım edilib.

"Pakistanın Pişəvər şəhərində məsciddə törədilən terror aktı xəbəri bizi şoka saldı və kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik. Qardaş Pakistan İslam Respublikası ilə həmrəyik", - paylaşımda deyilir.

Müəllif: Ayna.az