Azərbaycan və Qırğızıstan yüklərin Xəzər vasitəsilə daşınmasını müzakirə ediblər

Xəbərlər

07.08.2024 - 17:31

cedabet dərman SEO Xidməti

Mamıtkanovla Elnur Əliyev arasında görüş zamanı müzakirələr aparılıb

Azərbaycan Qırğızıstana neft tədarükü və Qırğızıstanın kənd təsərrüfatı məhsullarının, o cümlədən quzu və lobya idxalının perspektivlərini müzakirə edib.

AYNA-nın Qırğızıstanın Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, bu ölkənin Azərbaycandakı səfiri Maksat Mamıtkanovla Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev arasında görüş zamanı müzakirələr aparılıb.

Tərəflər Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisini nəzərə alaraq, Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Xəzər dənizi-Azərbaycan marşrutu ilə yüklərin daşınması və onların həcmi məsələlərinə baxıblar. Tərəflər bu istiqamətdə birgə fəaliyyəti davam etdirmək barədə razılığa gəliblər.

Prezident Sadır Caparovun bu ilin aprelində Azərbaycana dövlət səfəri zamanı imzalanmış nizamnamə fondu haqqında sazişə əlavə edilməsi nəticəsində nizamnamə kapitalı 100 milyon ABŞ dollarına çatdırılan Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun fəaliyyəti də müzakirə edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş