“Azərbaycan və Ermənistan delimitasiya prosesini aktivləşdirə bilər”

Xəbərlər

24.10.2024 - 17:02

cedabet dərman SEO Xidməti

Paşinyan: “Komissiyaların iş reqlamenti ratifikasiya edildikdən sonra proses aktivləşəcək”

"Ermənistan və Azərbaycan sərhədlərin delimitasiyası prosesini komissiyaların iş reqlamenti ratifikasiya edildikdən sonra aktivləşdirə biləcəklər". AYNA xəbər verir ki, bu sözləri Ermənistanın Baş nazir Nikol Paşinyan Kazanda BRICS Sammitinin "Outreach"/"BRICS+" formatının ilk plenar iclasında çıxışı zamanı bildirib.

"Dünən Ermənistan Respublikası parlamenti Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların birgə fəaliyyəti haqqında əsasnaməni ratifikasiya edib. Göstərilən sənəd hər iki ölkədə qüvvəyə mindikdən sonra biz 1991-ci il Alma-Ata Bəyannaməsinin əsas prinsipləri əsasında Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası prosesini aktivləşdirə biləcəyik", - deyə o qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş