“Azərbaycan və Ermənistan artıq sülh şəraitində yaşamağa uyğunlaşıb” - PREZİDENT

Xəbərlər

02.10.2025 - 16:25

İlham Əliyev: “Azərbaycan sülh gündəliyinin irəli aparılması üçün səyləri davam etdirəcək”

“Sülh gündəliyi ilə bağlı nailiyyətlər bütün region, o cümlədən Ermənistan və Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edir”.

AYNA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 2-də Kopenhagendə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşü zamanı bildirib.

Dövlət başçısı həm Ermənistanın, həm də Azərbaycanın artıq sülh şəraitində yaşamağa uyğunlaşdıqlarını qeyd edib və ölkəmizin sülh gündəliyinin irəli aparılması üçün səyləri davam etdirəcəyini vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş