Azərbaycan ilə Botsvana arasında diplomatik münasibətlər qurulub

Xəbərlər

13.11.2025 - 00:19

Birgə Kommünikedə ölkələr və xalqlar arasında qarşılıqlı anlaşma və əməldaşlığın təşviqi niyyəti ifadə olunur

Nyu-Yorkda Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Tofiq Musayev və Botsvana Respublikasının BMT yanında daimi nümayəndəsi Çarlz Masole tərəfindən iki dövlət arasında diplomatik münasibətlərin qurulması ilə bağlı Birgə Kommünike imzalanıb.

AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, Birgə Kommünikedə Azərbaycan ilə Botsvana ölkələri və xalqları arasında qarşılıqlı anlaşmanı və əməldaşlığı təşviq etmək niyyəti ifadə olunur.

Sənəddə, həmçinin vurğulanır ki, hər iki dövlətin hökumətləri diplomatik əlaqələrin qurulmasında BMT Nizamnaməsini və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərini, xüsusən də dövlətlərin suverenliyini, ərazi bütövlüyünü və onların daxili işlərinə qarışmamaq prinsipini əsas tuturlar.

Daimi nümayəndələr, həmçinin Birgə Kommünikenin BMT sənədi kimi yayılması üçün qurumun Baş katibinə məktub ünvanlayıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş