Azərbaycan UNESCO komitəsinə üzv seçilib

Xəbərlər

10.11.2025 - 15:58

Azərbaycan UNESCO komitəsinə üzv seçilib

Bu gün Səmərqənddə keçirilən UNESCO-nun Baş Konfransının 43-cü sessiyasında Azərbaycan 2025–2029-cu illər üçün “Mənşə ölkələrinə mədəni əmlakın qaytarılmasının və ya qanunsuz mənimsənildiyi hallarda onun bərpasının təşviqi üzrə Hökumətlərarası Komitə”yə (ICPRCP) üzv seçilib. AYNA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

"Bu seçki Azərbaycanın mədəni irsin qorunması və bərpası istiqamətindəki prinsipial mövqeyinə və beynəlxalq səviyyədə fəal təşəbbüslərinə verilən yüksək qiymət kimi dəyərləndirilir", - məlumatda qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş