“Azərbaycan tankı vurulmayıb” - <font color=red> Müdafiə Nazirliyi</font>

Xəbərlər

16.07.2020 - 11:13

Həkimlər Klinikalar SEO Xidməti

Vaqif Dərgahlı: “Azərbaycan Silahlı Qüvvələrinin zirehli texnikası ön xətdə deyil”

 

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistan müdafiə nazirinin mətbuat katibi Şuşan Stepanyanın guya Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan tankının vurulduğu barədə yaydığı məlumatı təkzib edib. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

 

“Bu, yanlış məlumatdır. Azərbaycan Ordusunun bütün tankları sıradadır. Azərbaycan Silahlı Qüvvələrinin zirehli texnikası ön xətdə deyil. Azərbaycan tankları isə düşmən bölmələrinin vura bilməyəcəyi ərazidədir”, - deyə Dərgahlı qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş