Azərbaycan-Qazaxıstan birgə taktiki-xüsusi təlimi keçirilir

Xəbərlər

19.08.2024 - 15:14

"Altın Kıran - 2024" birgə taktiki-xüsusi təlimi avqustun 24-dək davam edəcək

Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstan Respublikasının Almatı vilayətinin Jarkent şəhərində yerləşən "Koktal" təlim poliqonunda "Altın Kıran - 2024" ("Qızıl Qartal - 2024") birgə taktiki-xüsusi təlimi keçirilir.

AYNA xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlimdə iştirak etmək üçün Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Qazaxıstana səfər edib.

"Altın Kıran - 2024" birgə taktiki-xüsusi təlimi avqustun 24-dək davam edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş