Azərbaycan Prezidenti Qazaxıstana gedəcək

Xəbərlər

16.10.2025 - 14:57

İlham Əliyev Tokayevin dəvəti ilə Qazaxıstana dövlət səfəri edəcək

Kasım-Jomart Tokayevin dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 20-21-də Qazaxıstana dövlət səfəri edəcək. AYNA.AZ qazax mediasına istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, səfər zamanı yüksək səviyyəli danışıqlar aparılacaq.

Prezidentlər Ali Dövlətlərarası Şuranın iclasında və Qazaxıstan-Azərbaycan biznes forumunda iştirak edəcəklər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş