Azərbaycan müdafiə nazirinin müavini Moskvaya gedib

Siyasət

21.06.2021 - 14:33

Həkimlər Klinikalar SEO Xidməti

İyunun 22-dən 24-dək IX Beynəlxalq Təhlükəsizlik Konfransı keçiriləcək

 

Azərbaycan Respublikası Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 22-dən 24-dək keçiriləcək IX Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak etmək üçün Moskva şəhərinə yola düşüb.

 

Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

 

Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən təşkil edilən beynəlxalq konfransda qlobal və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq.

 
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş