Azərbaycan millisi tarixində ilk dəfə Avropa çempionu olub

İdman

24.07.2023 - 06:49

Komanda heç bir oyunda məğlub olmadan Avropa çempionu olub

Andorrada 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı C Divizionunun final oyunu baş tutub.

AYNA Oxu.az-a istinadən xəbər verir ki, Azərbaycanın qızlardan ibarət U-16 millisi və ev sahibi Andorra seçməsi arasında keçirilmiş həlledici görüşdə yığmamız 57:45 hesabı ilə qalib gəlib.

Komanda heç bir oyunda məğlub olmadan Avropa çempionu olub.

Qeyd edək ki, bu çempionluq Azərbaycan qadın basketbolu adına tarixi bir ilkdir.

Müəllif: Ayna.az