"Tractor" iranlı generala görə stadionunun adını dəyişdi

İdman

06.01.2020 - 09:45

Stadion bundan sonra "Sərdar Qasem Soleymani" adlandırılacaq

 

Təbrizin məşhur fitbol komandası olan "Tractor"a məxsus ikinci stadionun adı dəyişdirilib.

 

AYNA xəbər verir ki, bu barədə komandanın rəsmi səhifəsində məlumat verilib. 

 

Qeyd olunub ki, "Bonyan Dizel" stadionunun adı ABŞ qüvvələri tərəfindən qətlə yetirilmiş general Qasım Süleymaninin xatirəsinə ehtiram olaraq dəyişdirilib. 

 

Stadion bundan sonra "Sərdar Qasem Soleymani" adlandırılacaq.

Müəllif: Ayna.az