Ronaldinyo Paraqvaya saxta sənədlərlə daxil olduğu üçün həbs edilmişdi
Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo Paraqvayda saxlanıldığı həbsxananı tərk edib.
AYNA-nın Apasport.az-a istinadən məlumatına görə, həbsxanada 1 ay qalan futbol əfsanəsi hazırda Asunson şəhərinin otellərindən birində ev dustaqlığındadır.
Ronaldinyo və qardaşı Roberto de Assis Moreyra Paraqvaya saxta sənədlərlə daxil olduğu üçün həbs edilib. Martın 5-də baş prokuror onun həbsinə qərar verib.
Ertəsi gün buraxılan sabiq futbolçu bir neçə saatdan sonra yenidən həbs edilmişdi. Sonradan məhkəmə onun saxlanılmasını 6 aya qədər uzadıb.