XİN-in tviter səhifəsində başsağlığı paylaşımı edilib
İranda baş verən zəlzələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi bu ölkəyə başsağlığı verib.
AYNA xəbər verir ki, nazirliyin tviter səhifəsində başsağlığı paylaşımı edilib.
“İranın cənubunda baş verən güclü zəlzələ xəbərindən çox sarsıldıq. Zəlzələ nəticəsində həlak olanların ailələrinə başsağlığı verir, bütün yaralananların tezliklə sağalmasını diləyirik”, - paylaşımda deyilir.