Azərbaycan-İran sərhədində 3 insident baş verib - <font color=red> FOTOLAR</font>

Hadisə

04.02.2020 - 11:27

Həkimlər Klinikalar SEO Xidməti

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir

 

Dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata keçirilmiş əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində cari ilin yanvar ayının 1-dən etibarən 5 halda ümumi çəkisi 50 kq 230 qram və 8500 ədəd həb şəklində narkotik vasitənin və psixotrop maddələrin qaçaqmal yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb, 4 nəfər Azərbaycan Respublikasının və 2 nəfər İran İslam Respublikasının vətəndaşı saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.

 

Bu barədə AYNA-ya Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, təkcə son 10 gün ərzində Azərbaycan-İran dövlət sərhədində 3 halda ölkə ərazisinə narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb. DSX-nın məlumatında deyilir:

 

“26 yanvar tarixində “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru hərəkət edən 1 nəfər naməlum şəxs tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınıb, qaçaqmalçı əlindəkiləri ataraq geri qaçıb. Həmin ərazi dərhal qapadılaraq axtarış təd­birləri keçirilmiş, nəticədə 1 ədəd kisənin içərisində ümumi çəkisi 1 kq 900 qram narkotik vasitə aşkar olu­naraq götürülüb.

 

01 fevral tarixində “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İmişli rayonunun Aranlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru hərəkət edən 2 nəfər naməlum şəxs sərhəd naryadı tərəfindən müşahidə edilib. Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucularına qarşı silahdan havaya xəbərdarlıq məqsədilə atəş açılıb və sərhəd pozucuları əllərindəki çanta ilə qaçmaq istəyərkən saxlanılıblar. Saxlanılan şəxslərin İran İslam Respublikasının vətəndaşları, 1980-ci il təvəllüdlü Rza Zend Xanhüseyn və 1986-cı il təvəllüdlü Muradi Talıb Bayram olması müəyyənləşdirilib. Sərhəd pozucularının üzərinə baxış zamanı ümumi çəkisi 9 kq 485 qram narkotik vasitə və 823 ədəd həb, həmçinin 1 ədəd SUR-2608 markalı tapança, 1 ədəd daraq, 6 ədəd patron aşkar olunaraq götürülüb.

 

02 fevral tarixində “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Cə­li­labad rayonunun Məlikqasımlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru hərəkət edən 2 nəfər naməlum şəxs tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınıb, sərhəd pozucuları əllərindəki çantanı əraziyə ataraq geri qaçıblar. Ərazidə axtarış tədbirləri keçirilib, 2 ədəd çantanın içərisində ümumi çəkisi 16 kq 200 qram narkotik vasitə və 5377 ədəd həb aşkar olunaraq götürülüb.

 

Bu sərhəd pozma hallarının hər biri barədə sərhəd nümayəndəliyi xətti İran sərhədçiləri müvafiq qaydada məlumatlandırılıb, bu kimi hallara qarşı birgə mübarizə tədbirlərinin gücləndirilməsi razılaşdırılıb. Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş