Azərbaycan idmançıları beynəlxalq turnirdə uğur qazanıblar

İdman

08.07.2019 - 11:42

Bədii gimnastlar Varnadan medallarla qayıdır

 

Bolqarıstanın Varna şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir yekunlaşıb.

 

AYNA Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycanı bu yarışda fərdi proqramda çıxış edən Yelizaveta Luzan və Fatimə Əkbərova təmsil ediblər. Gimnastlarımız ümumi hesabda 5 medal qazanıblar.

 

Belə ki, Yelizaveta çoxnövçülük xallarına əsasən ilk olaraq bürünc medal qazanıb. Ayrı-ayrı alətlər üzrə finallara gəldikdə isə top və lent ilə çıxışları gimnastımıza qızıl, gürzlərlə kompozisiyası isə bürünc medal qazandırıb.

 

Qeyd edək ki, Fatimə isə lent ilə çıxışlarına görə bürünc medala sahiblənib.

Müəllif: Ayna.az