İspaniya La Liqasında VI tur davam edir
Turun 4 qarşılaşması baş tutub.
AYNA xəbər verir ki, bu turadək lider olan “Atletik” səfərdə “Leqanes”i məğlub edə bilməyib. Nəticədə Bilbao klubu 3-cü sıraya yuvarlanıb.
Liderliyi isə Madrid klubları ələ keçirib. “Osasuna”nı məğlub edən “Real” 1-ci pilləyə qalxıbsa, “Malyorka”dan güclü olan “Atlatiko” 2-ci sırada qərarlaşıb.
Qeyd edək ki, tura sentyabrın 26-da yekun vurulacaq.
İspaniya La Liqası
VI tur
25 sentyabr
“Leqanes” – “Atletik” – 1:1
Oskar, 61 – Qarsia, 59 (pen.)
“Malyorka” – “Atletiko” – 0:2
Kosta, 26, Feliş, 65
“Valensiya” – “Xetafe” – 3:3
Qomes, 30, 34, Kanqin, 39 – Mata, 1, Ceyson, 66, Rodriges, 69
“Real” – “Osasuna” – 2:0
Vinisius, 36, Rodriqo, 72