Argentinalı qolkiper və fransalı hücumçu ilə sözləşmə 2021-ci ilin yayınadək uzadılıb
İngiltərənin "Çelsi" klubu iki oyunçusu ilə yeni müqavilə bağlayıb.
AYNA-nın klubun rəsmi saytına istinadən məlumatına görə, bunlar qapıçı Villi Kabalyero və hücumçu Olivye Jirudur. Argentinalı qolkiper və fransalı hücumçu ilə sözləşmə 2021-ci ilin yayınadək uzadılıb.
Kabalyero "Çelsi"yə 2017-ci ilin yayında "Mançester Siti"dən azad agent statusu ilə keçib. Bu mövsüm 38 yaşlı qapıçı Premyer Liqada 4 matça çıxıb və 7 top buraxıb. Jiru isə "zadəganlar"ın heyətinə 2018-ci ilin yanvarında "Arsenal"dan qoşulub. Transfer məbləği 17 milyon avro təşkil edib. 33 yaşlı forvard cari çempionatda 9 oyuna 2 qol vurub.