SOCAR-ın cavabı varmı: Niyə qiymət iki dəfədən çox artdı?

İqtisadiyyat

12.11.2019 - 16:20

Həkimlər Klinikalar SEO Xidməti

İlham Şaban: “Neft gəlirlərində 2,5 milyard dollara qədər azalma müşahidə olunacaq”

 

Azərbaycanda neft hasilatının azalması gözlənilir. İqtisadiyyatı əhəmiyyətli şəkildə neftə bağlı olan bir ölkə üçün bu, arzuolunmaz hesab edilir. O zaman bizi nələr gözləyir. AYNA əməkdaşı mövzu ətrafında, Neft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şabanla həmsöhbət olub.

 

- İlham bəy, ölkədə neft hasilatınin 15 milyon barel azalması söhbəti gəzir. Bu, nə vaxta nəzərdə tutulur?

 

- Bu ilin yekunlarına görə, ilin sonuna qədər 15 milyon barel azalma ehtimalı var. Neftin orta ixrac qiyməti 2018-ci illə müqayisədə 13% azala bilər. Hələ ilin sonuna qədər iki ay var və ona görə də dəqiq bilinmir ki, neftin qiyməti 60 dollardan yuxarı və ya aşağı olacaq. Azərbaycan neftinin orta ixrac qiyməti 71,3 dollar olmuşdu. Yəni bu, Neft Fondunun rəsmi məlumatı idi. 2018-ci ildə dövlətin Azəri-Çıraq-Günəşli (AÇG) yatağından əldə etdiyi mənfəət 9,5 milyard dollar olub. İndi həm hasilat azalıb, həm də neftin qiymətlərində, gördüyümüz kimi azalma mövcuddur. Qiymət baxımdan desək, ötən il gəlir 71 milyon dollar idi, bu il isə 63 milyon dollar oldu. 8 milyon dollarlıq fərqi gördünüz.

Ülviyyə Şahin