Zakir Həsənov Batumidə nazirlərin 11-ci üçtərəfli görüşündə iştirak etmək üçün Gürcüstana gedib
Batumidə Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin görüşü olacaq. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Azərbaycanın müdafiə naziri Zakir Həsənov Batumidə keçiriləcək Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin 11-ci üçtərəfli görüşündə iştirak etmək üçün Gürcüstana gedib.
Görüş zamanı ikitərəfli və üçtərəfli formatlarda hərbi əməkdaşlıq perspektivlərinin, həmçinin regional təhlükəsizlik məsələlərinin müzakirəsi planlaşdırılır.
Üçtərəfli görüşdən əvvəl Gürcüstan və Azərbaycan hərbi idarələrinin rəhbərləri arasında danışıqlar aparılıb.
İkitərəfli hərbi əməkdaşlıq, birgə təlimlərin keçirilməsi, terrorizmə qarşı mübarizə və regional təhlükəsizlik məsələləri müzakirə olunub.