Azərbaycan Çeçenistandan heç bir yardım qəbul etmək niyyətində deyil

Xəbərlər

27.12.2024 - 12:41

Həkimlər Klinikalar SEO Xidməti

“Azərbaycan faktın tanınmasını, üzr istənilməsini və müvafiq təzminatın ödənilməsini tələb edir”

Çeçenistan hakimiyyəti bir gün əvvəl bildirmişdi ki, “Ramzan Kadırovun göstərişi ilə AZAL-ın Bakıdan Qroznıya uçan təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların və yaralananların bütün ailələrinə maddi və digər yardımlar göstərməyə hazırdırlar”.

AYNA xəbər verir ki, Azərbaycan Prezidenti Administrasiyasından “Day.Az”a verilən məlumata görə, ölkənin heç bir yardıma ehtiyacı yoxdur və qəbul etməyəcək.

“Azərbaycanın heç bir köməyə ehtiyacı yoxdur. Nə dövlət, nə də vətəndaşlar belə yardımı qəbul etməyəcəklər. Biz vətəndaşlarımıza lazımi köməkliyi göstəririk və göstərəcəyik. Azərbaycan faktın tanınmasını, üzr istənilməsini və müvafiq təzminatın ödənilməsini tələb edir”, - deyə Prezident Adminstrasiyasındakı mənbə bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş