Prezident İlham Əliyev Paşinyanla Qarabağ məsələsini müzakirə edib

Siyasət

11.10.2019 - 23:00

Vladimir Karapetyan: “Əliyev və Paşinyan nahar vaxtı söhbət edib"

 

Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasından sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında nahar vaxtı görüş olub.

 

AYNA APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidmətinin rəhbəri Vladimir Karapetyan bildirib.

 

“Əliyev və Paşinyan nahar vaxtı söhbət edib. Əsasən Qarabağ münaqişəsinin həlli ilə bağlı aktual məsələlər müzakirə olunub”, - Karapetyan belə deyib.

 

Müəllif: Ayna.az