"Atambayevin həbsi üçün Putinin razılığı alınıb"

Siyasət

08.08.2019 - 12:19

"Atambayevin həbsinə qərar verilibsə, Qırğızıstanın hazırkı prezidenti rusiyalı həmkarı Vladimir Putinin razılığını alıb"

 

"Qırğızıstan prezidenti Sooronbay Jeenbekovun eks-prezident Almazbek Atambayevi həbs etmək üçün vaxtı azdır. Birinci cəhd alınmadı, ikinci cəhdə qədər Atambayev daxildə və xaricdə özünə dəstək qrupu formalaşdırmağa çalışacaq. Atambayevin itirəcəyi heç nə qalmayıb, həbsdən yaxa qurtarmaq üçün ölkəsini vətəndaş müharibəsinə də sürükləməyə hazırdır".

 

AYNA xəbər verir ki, bunu "Atlas” Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu öz "Facebook" səhifəsində yazıb.

Image result for elxan şahinoğlu

Politoloq düşünür ki, baş verənlərə Kremlin mövqeyi maraqlıdır: "Qırğızıstanın həm hazırkı, həm də keçmiş prezidenti Kreml sahibindən dəstək almağa çalışırdılar. Ancaq əgər Atambayevin həbsinə qərar verilibsə, böyük ehtimalla Qırğızıstanın hazırkı prezidenti rusiyalı həmkarı Vladimir Putinin razılığını alıb. O da bəllidir ki, Putin qarşılıqlı fayda əldə etmədən heç kimlə sövdələşməyə getmir. Sooronbay Jeenbekovun eks-prezident Almazbek Atambayevin həbsi qarşılığında Putinin hansı tələbini və ya şərtini yerinə yetirəcək, bunu gələcək aylarda görəcəyik".

 

E.Şahinoğlunun sözlərinə görə, Atambayevin neytrallaşdırılması Türkiyənin də maraqlarına cavab verir: "Atambayev prezidentliyi dövründə ölkəsini terrorçu FETÖ təşkilatının əsas qalalarından birinə çevirmişdi. Hazırkı prezident Atambayevi neytrallaşdırdıqdan sonra Ankaranın istəyi ilə FETÖ-nün adamlarını da həbs etməyə başlayacaq".

Müəllif: Ayna.az