Karen Ayriyan: “Tranzit üçün ödəniş benzinin qiymətinə ciddi təsir göstərməyəcək”
Gürcüstan Azərbaycan benzininin Ermənistana sayca ikinci tranziti üçün ödəniş alacaq. AYNA.AZ erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Mega Trade” şirkətinin direktoru Karen Ayriyan deyib.
Bildirib ki, ikinci tranzitdə Azərbaycandan “Premium” və “Regular” benzin idxal olunacaq: “Tranzit üçün ödəniş benzinin qiymətinə ciddi təsir göstərməyəcək. Qiymətə əsas təsiri valyuta dalğalanmaları və dünya bazar qiymətləri göstərir”.
Qeyd edək ki, Azərbaycan yanacağının Ermənistana əsas idxalçıları “Mega Trade” və “Shisha World” şirkətləridir.