Ceyhun Bayramov Vyanada Feridun Sinirlioğlu ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyanada keçirilən ATƏT-in Nazirlər Şurasının 32-ci iclası çərçivəsində Baş Katib Feridun Sinirlioğlu ilə görüşüb. AYNA.AZ xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) “X” hesabında paylaşım edilib.
Qeyd olunub ki, görüşdə tərəflər Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri, ATƏT-in hazırda üzləşdiyi çətinliklər, regional və beynəlxalq təhlükəsizlik məsələləri, geniş regiondakı mövcud vəziyyət, eləcə də Azərbaycan-Ermənistan sülh prosesi barədə fikir mübadiləsi aparılıb.