AZAL Tehrana uçuşları dayandırıb

Xəbərlər

29.02.2020 - 18:41

cedabet dərman SEO Xidməti

Koronavirus təhlükəsi ilə əlaqədar olaraq AZAL da tədbirlər görür 

 

Mövcud epidemioloji vəziyyətlə əlaqədar “Azərbaycan Hava Yolları” QSC (AZAL) İrana uçuşları dayandırır. 

 

Bu barədə AYNA-ya AZAL-dan məlumat verilib.

 

Bildirilib ki, bu gün axşam aviaşirkətin aşağı büdcəli törəməsi “Buta Airways” İmam Xomeyni adına hava limanından sərnişinsiz qayıdaraq Bakı-Tehran istiqaməti üzrə son J2-9005 nömrəli reysini yerinə yetirəcək.

 

Həmçinin “İran Air” aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna uçuşları dayandıracaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş