AZAL Dubaydan çarter reysi yerinə yetirib - <font color=red> FOTO</font>

Cəmiyyət

08.07.2020 - 23:31

Həkimlər Klinikalar SEO Xidməti

Bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır

 

İyulun 8-də Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Dubaydan çarter reysi yerinə yetirərək 186 həmyerlimizi vətənə çatdırmışdır.

 

"Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, yalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılmışdır. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır.

 

Qeyd etməliyik ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş