Azad olunan ərazilərdə daha 81 mina aşkarlanıb

Xəbərlər

16.08.2021 - 13:41

96 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib

 

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

 

ANAMA-dan AYNA-ya verilən məlumata görə, avqustun 9-dan 14-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 76, tank əleyhinə 5 mina və 194 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

 

Nəticədə 96 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Müəllif: Ayna.az