Axtarışda olan 20 nəfər saxlanılıb

Xəbərlər

30.07.2020 - 14:33

Ötən gün 13 cinayətin üstü “isti izlər”lə açılıb

 

Ötən gün ərzində törədilmiş 13 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalmış bir cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə iyirmi nəfər, o cümlədən borclu şəxs qismində axtarılan yeddi nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında baş vermiş bir ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb.

 

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli yeddi, qanunsuz saxlanılan silah-sursatla bağlı bir fakt müəyyənləşdirilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 15 nəfər saxlanılıb. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş