Axtarışda olan 19 nəfər borclu şəxs saxlanılıb

Xəbərlər

20.05.2020 - 14:49

32 cinayətin üstü “isti izlər”lə açılıb

 

Ötən gün ərzində törədilmiş 32 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış doqquz cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 26 fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş