Harris Demokrat Partiyası nümayəndələrinin yeni prezidentlik kampaniyasının başlanğıcı kimi nəzərdən keçirdiyi bir neçə addım atıb
ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harris yenidən 2028-ci il prezident seçkilərində namizəd ola bilər. AYNA.AZ xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Bildirilib ki, Harris ötən həftə Demokrat Partiyası nümayəndələrinin yeni prezidentlik kampaniyasının başlanğıcı kimi nəzərdən keçirdiyi bir neçə addım atıb.
Xüsusilə, 12 dekabrda Los-Ancelesdə etdiyi çıxışında o keçmiş ABŞ Prezidenti və partiya yoldaşı Co Baydenin siyasətini dəstəklədiyi ilk kampaniyasının ritorikasından uzaqlaşıb və hər iki partiyanı sərt tənqid edib. O həm demokratların, həm də Respublikaçıların ictimaiyyətin etimadını doğrulda bilmədiyini söyləyib.
Qeyd edək ki, 2024-cü ilin noyabr ayında ABŞ prezident seçkilərində Demokrat Partiyasını təmsil edən Harris respublikaçı namizəd Donald Trampa məğlub olub.