“Axios”: İranla müharibə çox tezliklə başlaya bilər

Dünya

19.02.2026 - 09:48

“İsrailin rəhbərlik etdiyi 12 günlük müharibədən daha böyük olan ABŞ-İsrail birgə kampaniyası olacaq”

“Mənbələrə görə, ABŞ-ın İrandakı hərbi əməliyyatı ehtimal ki, genişmiqyaslı, həftələrlə davam edən bir kampaniya olacaq və ötən ay Venesuelada hədəf alınan əməliyyatdan daha çox tammiqyaslı müharibəyə bənzəyir”. AYNA.AZ xəbər verir ki, bu sözləri jurnalist Barak Ravid “Axios”da yazıb.

Jurnalist bildirib ki, “İsrailin rəhbərlik etdiyi 12 günlük müharibədən daha böyük olan ABŞ-İsrail birgə kampaniyası olacaq. Müharibə bütün regiona dramatik təsir göstərəcək".

“Razılaşma ehtimalı az görünür. Fürsət pəncərəsi bağlanıb və Tramp düzgün hazırlaşmaq üçün danışıqlar aparır”, - deyə qeyd edib.

Ravid həmçinin bildirib ki, amerikalılar hələ baş verənlərin tam ciddiliyini anlamırlar: “Onilliklərin ən böyük ABŞ müharibəsi başlayır”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş