Məhkəmə Əli Kərimli barəsində 2 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçib
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli barəsində Səbail rayon Məhkəməsində təqdimata baxılıb.
Məhkəmə onun barəsində 2 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçib.
Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.