Avtoxuliqanlıq edən sürücü həbs olunub

Xəbərlər

28.01.2025 - 08:57

Həkimlər Klinikalar SEO Xidməti

Yusif Qasımovun nəqliyyat vasitələrini idarəetmə hüququ bir il müddətində məhdudlaşdırılıb

Goranboy rayon sakini Qasımov Yusif Elşad oğlu idarə etdiyi 57-AC-845 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı-Qazax yolunda hərəkətdə olarkən yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün DYP əməkdaşları tərəfindən ona "Saxla" işarəsi verilib, lakin sonuncu polisin qanuni tələbinə tabe olmayaraq hərəkətini davam etdirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, görülən tədbirlər nəticəsində Y.Qasımovun idarə etdiyi nəqliyyat vasitəsi saxlanılaraq müvafiq sənədləşmə aparılıb, toplanmış materiallar baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə Y.Qasımov nəqliyyat vasitələrini idarəetmə hüququ bir il müddətində məhdudlaşdırılmaqla 25 gün müddətində inzibati qaydada həbs edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş