Avtomobil qaçırıb taksi fəaliyyəti ilə məşğul olan şəxs saxlanılıb

Xəbərlər

29.11.2025 - 20:34

Əvvəllər məhkum olunmuş 34 yaşlı şəxs nəqliyyat vasitəsilə birgə saxlanılıb

Noyabrın 27-də paytaxt sakini olan bir nəfər polisə müraciət edərək bildirib ki, işdə olduğu vaxtda yaxın ərazidə saxladığı ona məxsus "AzSamand" markalı avtomobil qaçırılıb. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 34 yaşlı N.Məmmədov nəqliyyat vasitəsilə birgə saxlanılıb.

Aparılan araşdırmalarla məlum olub ki, saxlanılan şəxs həmin avtomobili istifadə etməklə taksi fəaliyyəti ilə də məşğul olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş