Avtobus və taksilər üçün yeni tələblər var

Cəmiyyət

04.05.2020 - 18:55

Həkimlər Klinikalar SEO Xidməti

Kabinəsi olmayan nəqliyyat vasitələrinə qoruyucu kabinələr quraşdırılmalıdır

 

Bu gündən etibarən Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən həm daşıyıcı şirkətlərə, həm də taksi fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə tətbiq metodikası ilə bağlı məktub göndərilib. AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində BNA İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

 

Onun sözlərinə görə, kabinəsi olmayan avtobuslara və takislərə qoruyucu kabinənin qurşadırılması tələbi qoyulub: “Bunun icrası ilə bağlı da daimi məlumat verəcəyik. Bundan əlavə, yeni 18 metrlik avtobuslarda qorunma daha yüksək olduğu üçün, xətlərə daha çox onları buraxmağa çalışırıq. Digər hallar isə daşıyıcılar və taksi xidmətlərinin bu işi nə qədər çevik edəcəyindən asılıdr”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş