Avstriyada son 13 ildə qripə yoluxma yüksək həddə çatıb

Dünya

06.12.2022 - 22:57

İki həftə əvvəl yoluxma hallarının sayı 17 850 nəfər olub

Avstriyanın paytaxtında Vyanada qripə yoluxanların sayı 23 150 nəfərə çatıb ki, bu da son 13 ilin ən yüksək göstəricisidir.

AYNA xəbər verir ki, bu barədə Avstriyanın "Der Standard" qəzeti şəhərin səhiyyə müşaviri Piter Hakerin ofisinin məlumatlarına istinadən məlumat yayıb.

Bundan iki həftə əvvəl yoluxma hallarının sayı 17 850 nəfər olub.

Həkimlər qeyd edirlər ki, xəstələrin əksəriyyəti A tipli qrip ştamına yoluxub.

Müəllif: Ayna.az