Avstriya İrandakı səfirliyinin fəaliyyətini bərpa edəcək

Dünya

17.10.2025 - 16:05

Konsul xidmətləri də tədricən davam etdiriləcək

Avstriya İran-İsrail münaqişəsi səbəbindən Tehrandakı səfirliyini müvəqqəti olaraq Bakıya köçürüb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Avstriya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, hazırda nazirlik Tehranda səfirliyin fəaliyyətini bərpa etməyi planlaşdırır və konsul xidmətləri də tədricən davam etdiriləcək.

Xatırladaq ki, Avstriya 12 günlük İran-İsrail müharibəsi zamanı İrandakı səfirliyinin fəaliyyətini azaldan və ya dayandıran Avropa ölkələrindən biridir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş