Avstraliyada Covid-19 mobil tətbiqetmə ilə izlənir

Xəbərlər

28.04.2020 - 12:35

cedabet Klinikalar SEO Xidməti

Avstraliyada 6727 insanda koronavirusa yoluxma faktı təsdiqlənib


Avstraliyanın Səhiyyə naziri Greg Hant çərşənbə axşamı jurnalistlərə bildirib ki, hökumətin koronavirusla bağlı izləmə tətbiqetməsini artıq ölkədə 2,4 milyon insan yükləyib və qeydiyyata alıb.

 

AYNA xarici mediaya əsasən xəbər verir ki, “COVIDSafe” smartfon tətbiqetməsi 1,5 metr məsafəyə gəldikdə başqa bir istifadəçi ilə "rəqəmsal əl sıxma" mübadiləsi üçün “Bluetooth” simsiz bir siqnaldan istifadə edir.

 

Tətbiq daha sonra bu kontaktı daxil edir və şifrələyir. Bu, həm də sosial məsafənin saxlanılmasına xidmət edir.

 

Məlumata görə, istifadəçiləri müsbət test edən başqa bir istifadəçi ilə 15 dəqiqədən çox yaxın təmasda olduqları təqdirdə xəbərdar olacaqlar.


Nazir əlavə edib ki, 85 ölüm ilə birlikdə Avstraliyada 6727 insanda koronavirusa yoluxma faktı təsdiqlənib.


Onun sözlərinə görə, dünəndən bəri 12 yoluxma təsdiqlənib. “Vəziyyət ciddi nəzarət altındadır”, - deyə nazir vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş