Avstraliya Ukraynaya 20,5 milyon dollar ayırmağı planlaşdırır

Dünya

31.05.2024 - 16:05

Həkimlər Klinikalar SEO Xidməti

Yardım elektrik enerjisinə olan prioritet ehtiyacları ödəmək və Ukrayna xalqını dəstəkləmək məqsədi daşıyacaq

Avstraliya enerji və ilkin tələbat mallarının alınması üçün Ukraynaya 20,5 milyon dollar ayırmağı planlaşdırır. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

“Hökumət Ukraynada enerji və humanitar problemlərin həlli üçün 31 milyon Avstraliya dolları (20,5 milyon dollar) ayıracaq”, - XİN-in bəyanatında vurğulanıb.

Nazirlikdən qeyd edilib ki, yardım elektrik enerjisinə olan prioritet ehtiyacları ödəmək və Ukrayna xalqını dəstəkləmək məqsədi daşıyacaq.

“13,3 milyon dollar ukraynalıları istilik və elektrik enerjisi ilə təmin etmək üçün istifadə olunacaq. 6,6 milyon dollar qadınlar, uşaqlar, qocalar və əlillər üçün ilkin tələbat mallarının alınması üçün nəzərdə tutulub. Avstraliya Ukrayna Silahlı Qüvvələrinin yaralı üzvlərinin reabilitasiyası üçün Birləşmiş Millətlər Təşkilatının Əlillərin Hüquqları üzrə Tərəfdaşlığına (UNPRPD) daha 663,7 min dollar köçürmək niyyətindədir”, - deyə XİN-dən bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş