Avstraliya Rusiya və İranın vətəndaşlarına qarşı sanksiyalar tətbiq edir

Dünya

11.12.2022 - 13:36

Həkimlər Klinikalar SEO Xidməti

Xarici İşlər Nazirliyi səbəbləri açıqlayıb

Avstraliya hökuməti Rusiya Federasiyasının 7 vətəndaşına, eləcə də insan hüquqlarının pozulmasında əli olduğunu hesab etdiyi İrandan olan şəxslərə və təşkilatlara qarşı sanksiya tətbiq etmək qərarına gəlib.

AYNA xəbər verir ki, bu barədə Avstraliya Xarici İşlər Nazirliyinin saytında məlumat dərc edilib. Qeyd edilib ki, bir neçə İran vətəndaşı və təşkilatı Rusiya Federasiyasına pilotsuz təyyarələrin çatdırılması iddiaları ilə əlaqədar sanksiyalara məruz qalıb.

“Avstraliya hökuməti “Maqnitski”yə əsasən insan hüquqlarının pozulmasında iştirak edən 13 şəxs və iki quruma qarşı sanksiyalar tətbiq edir. Onların arasında İranın əxlaq polisləri, İranın Bəsic milisləri və Mahsa Əmininin ölümündən sonra etirazları qəddarcasına yatırmaqda iştirak edən altı İran vətəndaşı var”, - XİN-in açıqlamasında bildirilib.

Nazirlik qeyd edib ki, Avstraliyaya görə 20 avqust 2020-ci ildə Omskda xəstəxanaya yerləşdirilən Aleksey Navalnıya sui-qəsd cəhdində iştirak edən yeddi Rusiya vətəndaşına da məhdudiyyətlər qoyulacaq.

Bununla belə, üç İran vətəndaşı və bir müəssisəyə qarşı əlavə iqtisadi sanksiyalar tətbiq ediləcək. Bu, Rusiyaya İranın pilotsuz təyyarələrinin tədarükü ilə əlaqəlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş