Avstraliya Baş nazirinin təyyarəsi ABŞ-a təcili eniş edib

Dünya

22.10.2025 - 10:44

"Baş nazirin təyyarəsi tibbi yardım tələb edən insidentdən sonra ABŞ-da təcili eniş edib"

Avstraliyanın Baş naziri Entoni Albaneze məxsus təyyarə göyərtəsində olan ekipaj üzvünün xəsarət almasından sonra ABŞ-da təcili eniş edib. AYNA.AZ xəbər verir ki, bu barədə SBS məlumat yayıb.

"Baş nazirin təyyarəsi tibbi yardım tələb edən insidentdən sonra ABŞ-da təcili eniş edib", - qeyd olunub.

Yaralı yerli xəstəxanaya çatdırılıb və təyyarə yanacaq doldurduqdan sonra uçuşa davam edəcək.

SBS-in məlumatına görə, Albanese ABŞ Prezidenti Donald Trampla görüşdən sonra Avstraliyaya qayıdırmış.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş