“Avropanın yardımı Krımın Ukrayna tərəfindən azad edilməsinə yönəlməlidir”

Dünya

25.10.2023 - 10:58

cedabet dərman SEO Xidməti

Çexiya XİN başçısı: “Krım Rusiyanın Avropadakı imperialist ambisiyalarına son qoymağın açarıdır”

“Avropa İttifaqının (Aİ) yardımı son məqsəd kimi Krımın Ukrayna tərəfindən azad edilməsinə yönəlməlidir”. AYNA “Euractiv” portalına istinadən bildirir ki, bu sözləri Çexiyanın xarici işlər naziri Yan Lipavski Praqada keçirilən Krım Platforması forumunun parlament sammitində çıxışı zamanı deyib.

"Avropa İttifaqının və bütün demokratik ölkələrin siyasəti Ukraynanın 1991-ci il sərhədləri daxilində, o cümlədən Krım daxilində ərazi bütövlüyünü bərpa etmək olmalıdır", - Lipavski əlavə edib.

Onun fikrincə, Rusiya Krım vasitəsilə Qlobal Cənub ölkələrinə taxıl tədarükünü əngəlləyir.

“Həmçinin yarımada Rusiyanın Avropadakı imperialist ambisiyalarına son qoymağın açarıdır”, nazir qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş