Avropada inflyasiya azalıb

Dünya

05.02.2026 - 11:10

Yanvarda inflyasiya 1,7 faiz həddinə enib

Yanvarda Avropada inflyasiya gözlənildiyi kimi 1,7 faiz həddinə enib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Avropa Statistika Ofisi Avrostat məlumat yayıb.

Bildirilib ki, inflyasiyanın azalması enerji daşıyıcılarının ucuzlaşması ilə bağlıdır.

Eyni zamanda, ekspertlər tendensiyanın davamlı olması üçün Avropa Mərkəzi Bankının yaxın aylarda uçot dərəcələrini dəyişməyəcəyi qənaətindədirlər.

Avropa Mərkəzi Bankının hədəfi 2026-2027-ci illərdə vahid valyuta məkanında inflyasiyanı 2 faiz həddində saxlamaqdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş