Avropa Komissiyasının rəhbəri Qəzza zolağında xəstəxanaya edilən hücumu pisləyib

Dünya

18.10.2023 - 12:03

cedabet dərman SEO Xidməti

Ursula fon der Leyen: “Bütün faktlar ortaya qoyulmalı, təqsirkarlar məsuliyyətə cəlb edilməlidir”

Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen Qəzza zolağında xəstəxanaya hücumun heç bir əsasının olmadığını deyib. AYNA xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yazıb.

Leyen bu hadisədən kədərləndiyini qeyd edib: “Tibb işçiləri və mülki şəxslərlə dolu olan xəstəxanaya hücumun heç bir əsası yoxdur. Bütün faktlar ortaya qoyulmalı, təqsirkarlar məsuliyyətə cəlb edilməlidir”, - Leyen vurğulayıb.

Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahunun baş müşaviri Mark Regev bildirib ki, Qəzza zolağında xəstəxanaya hücumun günahkarı böyük ehtimalla İslami Cihaddır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş