“Fiko Putinlə görüşdə Avropa İttifaqını təmsil etmir”
Slovakiyanın Baş naziri Robert Fiko Rusiya Prezidenti Vladimir Putinlə Pekində keçirilən görüşdə Avropa İttifaqını (Aİ) təmsil etməyib. AYNA.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) nümayəndəsi Anita Hipper Brüsseldə keçirdiyi brifinqdə deyib.
O jurnalistlərin sualına cavabında “cavab yox” deyib.
Eyni zamanda, Avropa Komissiyasının digər nümayəndəsi Paula Pinyo Pekində keçirilən danışıqlarda “Aİ-nin heç bir şəkildə təmsil olunmadığını” əlavə edib.
Daha əvvəl Fiko bildirmişdi ki, Putinlə görüşə görə onu tənqid edəcəklər: "Təbii ki, burada, Pekində olduğum və sizinlə görüş keçirdiyim üçün məni tənqid edirlər. Təbii ki, hamı zəng edib soruşacaq: Prezident Putin sizə nə dedi? Məlumat mübadiləsi aparmaq yaxşı olardı".