Avropa klublarının reytinq cədvəli məlum olub

İdman

12.06.2023 - 05:53

Çempionlar Liqasının qalibi “Mançester Siti” reytinq cədvəlinə başçılıq edir

UEFA öz saytında 2022/2023 mövsümünün nəticələrinə əsasən Avropa klublarının reytinq cədvəlini dərc edib.

Çempionlar Liqasının qalibi “Mançester Siti” reytinq cədvəlinə başçılıq edir. “Bavariya” ikinci, “Çelsi” isə üçüncü pillədə mövqe tutub.

Siyahıda daha sonra “Liverpul”, “Real Madrid”, PSJ, “Mançester Yunayted”, “Yuventus”, “Barselona” və “Roma” qərarlaşıb.

Qeyd edək ki, reytinq son beş mövsümə əsasən hesablanır.

Müəllif: Ayna.az