"Fənərbağça" baş məşqçi ilə yollarını ayırıb

İdman

02.03.2020 - 01:09

Həkimlər Klinikalar SEO Xidməti

57 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv olunub

 

Türkiyənin "Fənərbağça" futbol komandası baş məşqçi Ersun Yanalla yollarını ayırıb.

 

AYNA xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

 

Bildirilib ki, 57 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv olunub. İstanbul təmsilçisi baş məşqçiyə gələcək karyerasında uğurlar arzulayıb.

 

Qeyd edək ki, Ersun Yanal 2018-ci ildən "Fənərbağça"da işləyib. O, 2013/2014 mövsümündə də bu komandaya rəhbərlik edib.

Müəllif: Ayna.az