Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalar paketi 193 şəxs və şirkətə təsir edəcək

Dünya

22.02.2024 - 12:13

“Aİ 13-cü sanksiyalar paketinin köməyi ilə Rusiyaya təzyiqlərini artırmağa davam edir”

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar paketi 193 fiziki və hüquqi şəxsi əhatə edəcək. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Hollandiya Xarici İşlər Nazirliyinin rəhbəri Hanke Bruins Slot deyib.

Nazir qeyd edib ki, Aİ 13-cü sanksiyalar paketinin köməyi ilə Rusiyaya təzyiqlərini artırmağa davam edir.

“193 fiziki şəxs və şirkəti hədəf alan bu genişmiqyaslı yeni sanksiyaları alqışlayıram”, Slot “X” sosial media hesabında yazıb.

Bundan əvvəl ABŞ-ın CNN telekanalı xəbər yayıb ki, Aİ-nin yeni sanksiyaları Rusiya ordusunun istifadə etdiyi dronların komponentlərinin satınalınması şəbəkələrinə yönəlib.

Müəllif: Ayna.az

Satranç ustadı

Dünən, 10:00 Aktual